• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Xoşqədəmdən imtina etməyəcəm”

  • Magazin1
  • 14 Aprel 2015 11:42
  • 1 277 Baxış
“Xoşqədəmdən imtina etməyəcəm”

“Son 3 ayda “Səni axtarıram” layihəsilə hər hansı əlaqəm olmayıb. Layihədən ayrılmağımın səbəbi barədə heç vaxt açıqlama verməmişəm”.

Bu sözləri Azerfax-a “Səni axtarıram” telelayihəsinin 5 il eksperti olmuş, tanınmış jurnalist Seymur Verdizadə deyib. Onun sözlərinə görə, tamaşaşıların bu barədə çoxsaylı suallarından qaçmağa, əslində nə baş verdiyini bildirməməyə çalışıb:

“Tamaşaçılar həm məktublar, həm telefon zənglərilə, həm də tədbirlərdə və bölgələrimizə səfərlər zamanı canlı ünsiyyət vasitəsilə efirdə görünməməyimin səbəbilə maraqlanırlar. Heç vaxt bu barədə danışmamışam, amma indi deyirəm ki, mənim “Səni axtarıram” layihəsindən uzaqlaşmağımı ATV rəhbərliyi istəyib. Səbəb kimi isə mənim sərt danışdığımı göstəriblər. Bu barədə heç Xoşqədəm xanımla da söhbətim olmayıb. Öz əlaqələrimlə bunu öyrənəndən sonra sakitcə layihədən uzaqlaşdım və bunu da işimin çoxluğu ilə izah etdim”.

S.Verdizadə qeyd edib ki, “Səni axtarıram” layihəsi onun daha geniş auditoriya tərəfindən tanınmasında böyük roy oynayıb:

“Həmin layihədə digər həmkarlarıma da həmişə geniş meydan verilib. Bu gün məni Azərbaycanın az qala hər yerində tanıyır, hörmət edirlər. Bunun da əsas səbəbi “Səni axtarıram”ın efirindəki çıxışlarımdır. Odur ki, əgər yendən mənə dəvət gələrsə, bunu məmnuniyyətlə qəbul edərərəm. O komandadan kim hansı qərarı veribsə, özü bilər, mənim Xoşqədəm Hidayətqızından imtina etmək fikrim yoxdur”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR