• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Belçikalı rəssam: “Bu ölkədə yaşayan insanların enerjisinə heyranam”

  • Magazin1
  • 14 Aprel 2015 12:15
  • 378 Baxış
Belçikalı rəssam: “Bu ölkədə yaşayan insanların enerjisinə heyranam”

Heydər Əliyev Mərkəzində məşhur belçikalı rəssam, müasir incəsənətin tanınmış simalarından olan Vim Delvuanın fərdi sərgisi açılıb.

Publika.az xəbər verir ki, açılış mərasimində çıxış edən Mərkəzin direktoru Anar Ələkbərov sərginin əhəmiyyətindən danışıb. O, Heydər Əliyev Mərkəzinin artıq Azərbaycanın mədəniyyət mərkəzinə çevrildiyini qeyd edib.


Belçikalı rəssamın gözəl sənətkar olduğunu diqqətə çatdıran A.Ələkbərov bu layihənin uğurla həyata keçirilməsindən məmnun olduğunu bildirib:

“Mən ilk dəfə Vimin əsərləri ilə tanış olanda onlarda müəllifin xarakterik cizgilərini müşahidə etdim. Hiss etdim ki, bu əsərlərin müəllifi çox fərqli bir insan olacaq”.

Sonra belçikalı sənətkar Vim Delvuanı və onun xanımını səhnəyə dəvət edən A.Ələkbərov layihənin dəstəklənməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. O, bu sərginin təşkilində Belçikanın Azərbaycandakı səfirliyinin xüsusi rolu olduğunu da qeyd edib.


Mərasimdə tədbir iştirakçılarını Azərbaycan dilində salamlayan belçikalı sənətkar Vim Delvua təssüratlarını bölüşüb:

“Mən yeniyetmə olarkən Azərbaycan barədə eşitmişdim. Bu söz mənə çox xoş gəlirdi. Azərbaycana ikinci səfərimdən sonra şahidi oldum ki, bura gözəl, möhtəşəm bir ölkədir. Mən bu ölkədə yaşayan insanların enerjisinə heyranam”.


Sentyabrın 27-dək davam edəcək sərgidə müəllifin 50-dək əsəri təqdim olunur. Vim Delvuanın “Betonqarışdıran”, “Nautilus”, “Dafnis və Xloya” (saat əqrəbi və əks istiqamətlərində) kimi maraqlı əsərləri, eləcə də əllə naxışlanmış avtomobil təkərləri də onların sırasındadır.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR