Murad Arif Azisdən oxudu - VİDEO
Bizi izləyin

Magazin1

Murad Arif Azisdən oxudu - VİDEO

Son dövrlər ifaçılığa başlayan tanınmış bəstəkar-aparıcı Murad Arif məşhur müğənni Azisin “Sen trope” mahnısını ifa edib.

Publika.az-a açıqlama verən Murad yeni ifasından danışıb:

"Bilirsiniz ki, məclislərdə tez-tez oluruq. Bu mahnını da el şənliklərində insanların necə çox sevdiyinin şahidi olmuşam. Dəfələrlə bu mahnını ifa etməyimi istəyiblər. Bir çox müğənnilər istəsələr də, Azisin repertuarına müraciət etmirlər. Çünki kompleksləri var. Bu da əbəs yerə deyil. Axı o, qalmaqallı şəxsi həyatı, klipləri ilə hər zaman müzakirə olunur. Məndə isə bir çox şou nümayəndələrindən fərqli olaraq, həmin kompleks yoxdur. Mənə görə, mahnının cinsiyyəti olmur. Mahnı ya yaxşı olub əhval yaradır, ya da ki, pis olub, heç kəsə lazım olmur. Məncə, bu, yaxşı mahnıdır. Ona görə də bu bəstəyə rus dilində söz yazıb oxudum".


M.Arif “Bu yaxınlarda Bakıda konsert verəcək Azislə eyni səhnəni paylaşarsınızmı?” - sualına da cavab verib:

"Niyə də yox? Hər kəsin öz keyfiyyəti və şəxsiyyəti var. Biz artistik, onsuz da hər kəslə, hər nov insanla səhnəni bölüşürük. Bu, bizlər üçün təbii haldır. Ümumiyyətlə, başqalarının həyatına qarışmağı sevmirəm. Hər kəs öz şəxsiyyətinə cavabdehdir”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm