Elnarə sənətçi dostlarına səslənir
Bizi izləyin

Magazin1

Elnarə sənətçi dostlarına səslənir

Müğənni Elnarə Xəlilova xeyriyyə aksiyası keçirəcək. O, böyrək çatışmazlığından əziyyət çəkən Nicat Paşayevə yardım etmək üçün sənətçi dostlarını başına toplayacaq. E. Xəlilova bildirib ki, Nicatın əməliyyatı üçün 50 min manat vəsait lazımdır. Bu məqsədlə aprelin 18-də və 19-da saat 18:00-dan başlayaraq Metro Park AVM-də xeyriyyə tədbiri və konsert olacaq. Tədbirdə bir çox tanınmış müğənnilər, aparıcılar və başqa sənət nümayəndələri iştirak edəcək.

Xeyriyyə tədbirindən yığılan vəsait Nicatın əməliyyatı üçün sərf ediləcək. Müğənni hər kəsi ailənin tək övladı olan 22 yaşlı Nicata kömək etməyə səsləyir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm