“Azərbaycanfilm” “Dərs”ə hazırlaşır – FOTOLAR
Bizi izləyin

Magazin1

“Azərbaycanfilm” “Dərs”ə hazırlaşır – FOTOLAR

Mayın 5-də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə uşaqlar üçün çəkilmiş “Dərs” bədii filminin Nizami Kino Mərkəzində təqdimatı keçiriləcək.

Publika.az-ın məlumatına görə, film məktəb həyatından, yeniyetmələrin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri isə Müşfiq Hətəmovdur. Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkilib.

Təqdimatdan sonra məktəblilər üçün Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm