Magazin1
Tiflisdə çəkdirdi, Bakıda göstərdi – VİDEO/FOTO
Bu gün gənc müğənni Aytac Vidadiqızı Beynəlxalq Mətbuat Mərkəzində "Bezdim, gəlmə" adlı yeni klipini təqdim edib.
Publika.az-ın məlumatına görə, klipin çəkiliş prosesi Gürcüstanın paytaxtı Tiflis şəhərində həyata keçirilib. Jurnalistlərin suallarını cavablandıran müğənni sevgidən bəhs edən mahnının həyatına aid olmadığını deyib:
"Mahnının sözlərinin həyatım ilə heç bir əlaqəsi yoxdur. Əslində bu mahnı 4 il əvvəl bəstələnib. Mən heç vaxt şəxsi həyatımdan danışmaq, şəxsi həyatımla gündəmə gəlmək niyyətində olmamışam. Bu, sadəcə, bəyəndiyim əsərdir ki, onu heyranlarıma təqdim etmək istədim".
Klipdə müğənninin tərəf müqabilini gürcü model, "Mister Şarm 2004" Umanço canlandırıb.
İfaçı dəyəri 35 min manat olan əntiq əşyanın da klipə çəkildiyini bildirib.
"Gürcüstanda klipin çəkiliş prosesinin həyata keçirilməsində orada yaşayan Aysel xanım bizə kifayət qədər kömək etdi. Klipdə rejissora telefonla danışdığım yerdə kadrlar lazım idi. Bir də gördük çox qədimi bir telefonla Aysel bizə yaxınlaşdı. Sonradan bilmişəm ki, bu, dəyəri bizim pulla 35 min manat olan əsl qızıldan hazırlanmış əntiq saat imiş"'.
Qeyd edək ki, mahnının sözləri Nigar Tağıya, musiqisi isə Aytac Vidadiqızının özünə məxsusdur.
Klipin rejissoru Elnur Əliyevdir.
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO