Nura Suri özünü müdafiə etdi: “Gözüm zəifdir”
Bizi izləyin

Magazin1

Nura Suri özünü müdafiə etdi: “Gözüm zəifdir”

Müğənni Nura Suri və “Kristal” qrupunun solisti Mədinə Məlik ATV-nin canlı yayımında söz savaşına çıxıblar. Mədinə xanım Nuranın ona və qrupuna qarşı saymazlığından danışıb.

“Nura xanım, yəqin ki, inkar etməz. 3 ilin söhbəti olar. Nura xanım gah salamı alırdı, gah almırdı. Bir gün ona dedim ki, Nura, ya salam ver, ya da vermə. Gah salam alırsan, gah almırsan. Bəs bunun adı nədir, Nura xanım?”

Canlı yayımda ünvanlanan sualı Nura gözünün zəif görməsi ilə əlaqələndirib:

“Mənim gözlərim zəifdir. Mən çox vaxt fikirli oluram. Ya da gözüm yaxşı görmür və salamlaşmadan gedirəm. Amma görüb salam verməməyim mümkün deyil. Gördümsə, salamlaşıram”.

Mədinə xanım isə “üz-üzə gələn insanı görməmək mümkün deyil”, - söyləyib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm