Rejissorlar kinostudiyaya çağırıldı
Bizi izləyin

Magazin1

Rejissorlar kinostudiyaya çağırıldı

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov son illər ekran işləri müxtəlif festivallarda uğurla nümayiş olunan rejissorlarla görüşüb.

Publika.az-ın məlumatına görə, görüşdə rejissorlar Mirbala Səlimli, Elçin Musaoğlu, İlqar Nəcəf, Şamil Əliyev, İlqar Safat və Elxan Cəfərov iştirak edib.

Görüşdə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərin 2014-cü ildə müxtəlif ölkələrdə keçirilən 52 festivalında iştirak etdiyi diqqətə çatdırılıb.

Bu fakt Azərbaycan kinosunun dünyaya çıxışının, milli kinematoqrafın beynəlxalq inteqrasiyasının uğurlu başlanğıcı kimi vurğulanıb.

Söhbət əsnasında dünya film fondları və aparıcı kino şirkətləri ilə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılması, Azərbaycan filmlərinin yerli tamaşaçılara tanıdılması, kino nümayişlərinə geniş auditoriyanın cəlb edilməsi yolları müzakirə olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm