Leyla: “Dedi-qodu ilə gündəmə gəlmək istəmirəm”
Bizi izləyin

Magazin1

Leyla: “Dedi-qodu ilə gündəmə gəlmək istəmirəm”

Hər zaman şou-biznes qalmaqallarından uzaq olan və enerjisini yaradıcılığına sərf edən müğənni Leyla Ramazanlıdan xəbər var. İfaçı yaxın günlərdə yeni klipini və yeni mahnısını təqdim edəcək.

Yeniliklərini Publika.az-la bölüşən Leylanın növbəti klipini də bacısı, istedadlı rejissor Xavər ekranlaşdırıb: “”Sənə dəyməz” adlı mahnımın ekran versiyasını bacım Xavər və Kamran Aydınov ekranlaşdırır. Bilirsiniz ki, səhnəyə qədəm qoyduğum vaxtdan bəri kliplərimi bacım çəkir. Onunla işləmək mənə xoşdur. Ən azı bir-birimizi yaxından tanıdığımız və zövqlərimiz üst-üstə düşdüyündən işimiz də keyfiyyətli alınır. Mən keyfiyyətə önəm verən adamam”.

Leylanın repertuarına daxil etdiyi digər yeni mahnısı “Məsafələr” adlanır. Sözləri Nadoya, musiqisi Pərviz Mahmudova məxsus olan mahnı sevgi mövzusundadır: “Mahnı həddən artıq xoşuma gəldi. Demək olar ki, bu mahnı yaradıcılığımda yenilikdir. Dinləyib özünüz də görəcəksiniz. Gələn həftə artıq dinləyicilərimə təqdim edəcəyəm”.

Leyla az-az görünməsinə də aydınlıq gətirib: “Mən qalmaqaldan uzaq insanam. Heç vaxt qalmaqal və dedi-qodu ilə gündəmə gəlmək istəmirəm. Qalmaqala sərf olunan vaxtı və enerjini mahnılarıma sərf edirəm. Çünki yaddaşlarda mahnılar qalacaq, mənasız qalmaqallar yox”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm