Elza Roma papasına yazılan şeirdən danışdı
Bizi izləyin

Magazin1

Elza Roma papasına yazılan şeirdən danışdı

Roma papasının “erməni soyqırımını” XX əsrin “ilk soyqırımı” adlandırması bir neçə gündür ki, yerli mətbuatla yanaşı, sosial medianın da müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı ictimai çəkisindən asılı olmayaraq, hər kəs öz münasibətini ifadə etməyə çalışıb. Paylaşılan statuslar arasında bu dəfə də əməkdar artist Elza Seyidcahan fərqlənib. Belə ki, statuslardan birində müğənninin Roma papasına həsr etdiyi şeir öz əksini tapıb. Müzakirələrə səbəb olan şeirin həqiqətən əməkdar artistə aid olub-olmadığını araşdırmaq üçün Elza Seyidcahan ilə əlaqə saxladıq. O, dünəndən adıçəkilən şeirlə bağlı bir sıra zənglər və mesajlar aldığını bildirərək, şeirdən xəbərsiz olduğunu vurğulayıb:

“Mən anlamıram ki, bu saytlar hansı cəsarətlə müəllifi olmadığım şeirləri mənim adımla təqdim edir. Bu cinayət işidir. Sözügedən şeirin müəllifi mən deyiləm. Yazdıqlarımdan ilham alıb, həmin tərzdə şeirlər yazırlar. Guya mən Papanı təhqir etmişəm. Bütün dinlərə hörmətim var. Heç vaxt dini, din nümayəndəsini təhqir etmərəm. Azərbaycanın ziyalı xanımıyam, ölkəmi də vətənpərvər əməllərim və əsərlərimlə tanıdıram. Elə tərbiyə almamışam ki, hansısa dini təhqir edim. Bu gün təhqir etsəm, sabah da mənim dinimi təhqir edərlər. Düzdür, müsəlmanları və peyğəmbərimizi təhqir edirlər. Amma təxribata uymaq düzgün deyil”.

Məlumat üçün qeyd edək ki, əməkdar artist Ermənistan prezidentinə etiraz əlaməti olaraq şeir həsr etmişdi.

Publika.az Roma Papasının adına müğənninin adından yazılmış şeiri təqdim edir.

Papa, papa, ey Papa

Sən yaxçı Papa döyülsən

Döyülməlisən, Döyülməlisən

Döyülən Papa olmalısan…

Utan, utan, utan…

Öl yerə gir, öl yerə gir

Boynuna qamış ölçdüyüm

Papa, Papa, nə papası

Səndən heç mama

Mama da olmaz

Pa pa pa

Guya sən tanıdın

Erməninin yalanını

Nə olsun, nə olsun

Canıva azzar olsun

Pah pah papaymış bu

Kül başına sənin, sənin

Səni papa seçənin, seçənin

Sənə papa deyənin, deyənin

Erməninin, erməninin

Elə Elzanın daşı daşı daşı

Düşsün sizin başınıza başınıza

Dilin, dilin, dilin quruyardı, quruyardı

O sözləri deyincə sən, deyincə sən…

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm