• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Çanaqqalanın “Son məktub”u Bakıya gətirildi - FOTOLAR (YENİLƏNİB)

  • Magazin1
  • 15 Aprel 2015 20:21
  • 753 Baxış
Çanaqqalanın “Son məktub”u Bakıya gətirildi - FOTOLAR (YENİLƏNİB)

Saat 20.00-da film nümayiş edilib. Nümayişdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun, millət vəkilləri Xələf Xələfov, Bahar Muradova və digər rəsmilər iştirak ediblər. Publika.az xəbər verir ki, filmin nümayişindən öncə Əli Həsənov prezidentin məktubunu oxuyub.

Məktubda prezident yaradıcı heyəti təbrik edib və onlara uğurlar arzulayıb.

Sonda film nümayiş olunub.

18.26

Türkiyədə fəaliyyət göstərən Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə Bakıya gəlib.

Publika.az-ın məlumatına görə, səfərin məqsədi isə “Son məktub” filminin qala gecəsinə qatılmaqdır. Aktrisa bir azdan “28 Cinema”da reallaşacaq qala gecəsinə qatılacaq.

Qeyd edək ki, qala gecəsi Türkiyənin Azərbaycandakı səfirliyi, Yunus Əmrə İnstitutunun Bakı Türk mədəniyyət mərkəzinin dəstəyi ilə keçiriləcək.

Qala gecəsindən əvvəl isə mətbuat konfransı keçirilib. Tədbirə filmin rejissoru Özhan Eren və Mina qatılıb. Təəssüf ki, Nəsrin Cavadzadə tədbirdə iştirak etməyib.

Mətbuat konfransında iştirak edən filmin rejissoru Özhan Eren fikirlərini bölüşüb: “Nəsrin Cavadzadə ilə birgə gəlsək də, o, gərgin iş rejimi ilə bağlı mətbuat konfransında iştirak edə bilməyib. Mən də azəri əsilliyəm. 10 il bundan əvvəl Bakıya gəlmişdim. Gəldiyim ilk gündə göz yaşlarımı saxlaya bilmədim. İndi də özümü ana vətənimə gəlmiş kimi hiss edirəm. Əminəm ki, siz də Türkiyədə özünüzü doğma vətəninizdəki kimi hiss edirsiniz”.

Rejissor film haqqında bunları deyib:

“Mən bilərəkdən filmin ssenarisinə azərbaycanlı şəfqət bacısını daxil etdim. Və o rolu da azərbaycanlı müğənni Minaya həvalə etdim. Çünki Çanaqqala döyüşündə Azərbaycan qadınlarının da rolu olub. Siz filmə baxıb tarixən yüz il öncəyə qayıdacaqsınız. Qəhrəmanların yaşı olmur. Filmdə o qəhrəmanları görəcəksiniz. Onu da deyim ki, bu ssenarini 7 il bundan qabaq yazmışdım”.

Rejissor qeyd etdi ki, Nəsrin Cavadzadə filmdə baş rolu canlandırıb. Öyrəndik ki, film 100 ölkədə nümayiş olunacaq.

Filmdə rol alan müğənni Mina da təəssüratlarını bölüşüb: “Azərbaycan xalqı savaş yaşamış bir ölkədir. Məncə, “Son məktub” filmi daha çox seviləcək, çünki orda mən varam. Filmə çəkildiyimə görə çox xoşbəxtəm”.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan da “Son məktub” filmini izləyib və bəyəndiyini demişdi. Prezident Çanaqqala Dəniz Zəfərinin 100-cü ildönümündə nümayiş olunmağa başlayan və Çanaqqala döyüşündən bəhs edən filmi həyat yoldaşı Əminə Ərdoğan və qızı Sümeyyə Ərdoğan ilə birgə seyr edib.

Çanaqqala müharibəsindən bəhs edən və 20 milyon lirə ilə ən yüksək büdcəli türk filmi olan “Son məktub” Türkiyədə martdan nümayiş olunur.

Filmin baş rollarını Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyn Avni Danyal və Bülent Şakrak canlandırır.

Cəvahir

Foto:Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR