Nəsrin Cavadzadə: “Bu, ayrı bir zövqdür”- Müsahibə\ FOTOLAR
Bizi izləyin

Magazin1

Nəsrin Cavadzadə: “Bu, ayrı bir zövqdür”- Müsahibə\ FOTOLAR

Türkiyədə Çanaqqala döyüşlərinin yüzilliyinə həsr olunmuş “Son məktub” filminin baş rolunu canlandıran, Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə Bakıdadır. Onu da qeyd edək ki, aktrisa nədənsə, mediaya vaxt ayırmaq istəməyib. Filmlə bağlı keçirilən mətbuat konfransına qatılmayan Nəsrin xanım jurnalistlərin suallarını ayaqüstü cavablandırıb.

Filmin qala gecəsinə qatılan aktrisa Publika.az-ın suallarını da cavablandırıb.

- Azərbaycana gəldiyinizdə hansı hissləri yaşadınız?

- Çox duyğulandım. İnanın ki, hətta göz yaşımı belə saxlaya bilmədim (göz yaşını silir). Çünki burda doğulmuşam, 11 yaşına qədər Azərbaycanın havasını udmuşam, burda yaşamışam. Daha sonra anamla bərabər Türkiyəyə köçdük. Amma anamdan başqa bütün qohumlarım - xalalarım, dayılarım, onların övladları hamısı Bakıda yaşayır. Mən onlarla mütəmadi danışıram, çünki mənə əziz olan insanlardır.

- Aktrisa olmaq ananızın qərarı idi, yoxsa özünüzün?

- Özüm belə qərar verdim və Türkiyədə doqquz filmə çəkilmişəm. “Son məktub” mənim onuncu filmimdir. Yaradıcı heyətin çox böyük əmək verdiyi bir filmdir. Bu filmin Azərbaycanda da belə yüksək səviyyədə qarşılanması məni xoşbəxt edir.

Bu film yüz ölkədə nümayiş olunacaq. Amma bu yüz ölkə içərisində məni ən çox maraqlandıran nümayiş Azərbaycandır.

- Filmdə oynadığınız rol ürəyinizcədirmi?

- Həddən artıq bəyəndim. Çünki tarixi bir filmin belə bir baş qəhrəmanını oynamaq aktrisa olaraq mənə qürur verir.

- Axırıncı dəfə Azərbaycana nə vaxt gəlmişdiniz?

- Keçən il gəlmişdim. Amma o gəlişlə bu gəliş arasında böyük fərq var. Bir var gəlib əzizlərinə baş çəkəsən, bir də var, çox zəhmət verdiyin bir filmin Bakıda nümayişini izləyəsən, qala gecəsində olasan. Bu, ayrı bir zövqdür.

- Birdəfəlik köçüb, Azərbaycanda yaşamaq istəyərdinizmi?

- Əlbəttə, bunu çox istərdim. Əslində mən özümü burda sanki yaşamıram kimi hiss etmirəm, çünki tez-tez gedib-gəlirəm. Ailəmin bir hissəsi burdadır axı.

- Bildiyimizə görə, Türkiyənin ölkə başçısı Ərdoğan da bu filmi izləyib, hətta çox bəyənib…

- Əlbəttə biz o filmi bərabər izlədik. O da filmi çox bəyəndi. Xoş sözlər söylədi. Çox qürurlandım.

- Azərbaycanda çəkilən filmləri, serialları izləyirsinizmi?

- Açıq söyləyim ki, mən filmləri o qədər də izləmirəm. Bu, yeni inkişaf etmiş bir bölüm sahə olduğundan, mənim də işlərimin çoxluğundan hələ ki izləyə bilmirəm.

- Azərbaycanda tanıdığınız və bəyəndiyniz rejissor, aktyor varmı?

- Xatırlamıram.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm