Elnur Hüseynov: "Bu, mənim şansımdır" - Müsahibə\FOTOLAR
Bizi izləyin

Magazin1

Elnur Hüseynov: "Bu, mənim şansımdır" - Müsahibə\FOTOLAR

“Eurovision” mahnı müsabiqəsində təmsilçimiz Elnur Hüseynovun Avropa turnesi davam edir. Turne çərçivəsində E.Hüseynov olduğu ölkələrin mətbuatına da müsahibələr verir. Publika.az təmsilçimizin Macar və Riqa telekanallarına verdiyi müsahibəni təqdim edir:

- Sən ikinci dəfədir bu yarışmada iştirak edirsən. Bu dəfə ifa edəcəyin mahnı əvvəlkindən nə ilə fərqlənir? Ümumiyyətlə, mahnı seçimi necə oldu?

- Möhtəşəm mahnıdır. Mahnını özüm İctimai Televiziyanın təqdim etdiyi müxtəlif janrda olan çoxsaylı mahnıların içərisindən seçdim. Çünki bu mahnı ürəyimə yaxındır. Əlbəttə, mahnılara bəzi əlavə və düzəlişlər edilib. Mahnını mən ifa edəcəyimdən əlavələrdə də daha çox mənim istəklərim nəzərə alınıb. Bu mahnını həm də onun ötürdüyü ismarışa görə seçdim. Mahnıda pozitiv yük çoxluq təşkil edir. Burada insanlar canlılara, təbiətə önəm verməyə çağrılır.

- İlk dəfə yarışa azərbaycanlı müəllifin bəstəsi ilə qatıldınız. Bu dəfə isə əcnəbi müəllifin yaradıcılığına müraciət etmisiniz. Əcnəbilərin bəstəsi ilə çıxış etməyiniz nə ilə bağlıdır?

- İlk dəfə öz müəlliflərimizin əsəri ilə təqdim etmişəm. Bu dəfə isə xarici mahnı ifa edəcəyəm. Bir dəfə elə, bir dəfə belə. Ona qalsa, ilk dəfə iki nəfər səhnəyə çıxmışdıq. Bu dəfə isə solist olaraq səhnədə yer alacağam. Fərqli şeylərdir yəni…

- İfanızda çoxsəsli xorun da ifası eşidilir. “Eurovision” səhnəsinə necə çıxacaqsınız, tək, yoxsa komanda ilə?

- Hal-hazırda mən bunu sizə açıqlaya bilmərəm. Çünki bu sirr olaraq saxlanılır. Bizim tamaşaçılara kiçik sürprizimiz var. Bu, hər kəsin xoşuna gələcək. İlk məşqlərdə siz hər şeyi görəcəksiniz.

- Mahnının digər dillərdə versiyalarını yazdırmısınız?

- Əlbəttə, başqa dillərdə də mahnımın versiyaları olacaq. Onlardan biri türk dilidir. İkinci versiyanı isə sirr saxlayıram.

- Bu yarışmada ikinci dəfə iştirakın, buradakı təcrübən sənə qalib gəlməkdə yardımçı olacaq?

- Bu çox böyük yoldur: həm çətin, həm də əyləncəlidir. Buradan bir sıra müğənnilər keçib. Nəzərə alsaq ki, mən bu yolu bir dəfə artıq keçmişəm, təcrübəmin bu dəfə işimi asanlaşdıracağını düşünürəm. Odur ki, indi daha peşəkaram.

- Sən Türkiyədə keçirilən səs yarışmasının qalibi olmusan. Təbrik edirik. Bundan sonrakı planların nədir?

- Bu, özümü təqdim etməyim üçün növbəti şans idi. 2 və ya 3 albom buraxmağı düşünürəm. Əlbəttə, bunlar “Eurovision” müsabiqəsindən sonra olacaq. Çünki hazırda biz çox məşğuluq. Promo turlar və səhnənin hazırlanması və s…

- Bəlkə bir az səhnənin necə olacağından danışasan…

- Bu, sirrdir. Düzdür, hər kəs soruşur, amma bu, bizim sirrimizdir.

- İşlərini Türkiyədə davam etdirəcəksən?

- Bəli, dediyim kimi, 2 və ya 3 albom buraxacağam. Onlardan biri Avropa dinləyicisi üçün ingilis dilində olacaq. Hətta mahnılarımdan birinin fransızca olacağını düşünürəm. Hər şey hələ qarşıdadır. Çox planlarım var. Amma hər şeyi öncədən danışmaq olmaz.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm