Niyam Salami “Gum-gum” deyir
Bizi izləyin

Magazin1

Niyam Salami “Gum-gum” deyir

Azərbaycanlı müğənni Niyam Salami yaradıcılığındakı yeniliyi təqdim edib. Publika.az-a açıqlama verən ifaçı bildirib ki, o, Türkiyənin tanınmış müğənnisi Ayşə Altunun repertuarında olan “Gum-gum” adlı bəstəni oxuyub: “Bu mahnı mənim janrıma uyğun olmasa da, oxumaq qərarına gəldim. Çünki ilk dəfə bu mahnını eşidən zaman xoşuma gəldi. Dərhal oxumaq qərarına gəldim. Ritmini, aranjemanını dəyişdirdim. Dostumuz Osmana aranjeman etdirdim. Əslində birinci dəfə idi, ki, bu janrda oxuyurdum. Mahnıya qulaq asan sənətçi dostlarım mənə zəng eləyib dedilər ki, əhsən, sən bu mahnını partlatdın. Hətta mahnının ilk ifaçısı türkiyəli Ayşə Altundan da gözəl oxumusan. Bu həmkarlarımın fikirləridir. Çox sağ olsunlar. Amma mən özüm barədə yaxşı oxumuşam deyə bilmərəm. Yəni özümü tərifləməyi, “mən”, “mən” deməyi sevmirəm. Bu mənim xarakterimə uyğun deyil”.

N.Salaminin ifasında “Gum gum” adlı mahnını təqdim edirik:

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm