Hüsnü Şənləndirici Bakıda konsert verəcək - FOTOLAR
Bizi izləyin

Magazin1

Hüsnü Şənləndirici Bakıda konsert verəcək - FOTOLAR

Yunus Əmrə İnstitutunun Bakı Türk mədəniyyət mərkəzi böyük bir layihəyə imza atır. Belə ki, türk mədəniyyətini Azərbaycanda tanıtmaq məqsədi ilə Bakıda “Səhnədəki Türkiyə” adlı konsert proqramı təşkil olunacaq. Layihə ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirilib.

Publika.az-ın mətbuat konfransında iştirak edən əməkdaşı xəbər verir ki, tədbirdə jurnalistlərə layihə ilə bağlı ətraflı məlumat verilib.

Mətbuat konfransında çıxış edən YƏİ Bakı Türk Mədəniyyət Mərkəzinin rəhbəri Ali Cura layihə barədə danışdı. O, qeyd etdi ki, bu layihənin məqsədi Türkiyənin müasir musiqisini Bakıda təmsil etməkdən ibarətdir.

Daha sonra çıxış edən Yunus Əmrə İnstitutunun səlahiyyətlisi Şaban Çobanoğlu layihə çərçivəsində təşkil olunan konsertdə Türkiyənin tanınmış sənətçiləri Burhan Öcal və Hüsnü Şənləndirici iştirak edəcəyini bildirib:

“Mütəmadi olaraq Azərbaycanda “Səhnədəki Türkiyə” adı altında silsilə tədbirlər keçiriləcək. Siz bu layihədə müasir türk musiqisinin təmsilçilərini görəcəksiniz”.

Qeyd edək ki, konsert aprelin 21-də Heydər Əliyev mərkəzində baş tutacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm