• USD 1,7202 0,00% EUR 1,8529 0,00%
    • GBP 2,1255 0,00% RUB 0,0298 0,00%

Müğənnilərin studiyada ad günü çal-çağırı - FOTOLAR

  • Magazin1
  • 17 Aprel 2015 12:15
  • 1 881 Baxış
Müğənnilərin studiyada ad günü çal-çağırı - FOTOLAR

Müğənni Vüsalə Rəcova sənət dostlarını başına toplayıb aparıcısı olduğu “Səhər çağı” verilişində özünə yaddaqalan doğum günü qeyd edib. Onu təbrik etməyə gələn xalq artisti Səməd Səmədov, əməkdar artistlər Cavanşir Məmmədov, Təyyar Bayramov, xanəndə İlkin Əhmədov, müğənnilər Rüfət Axundov, Vasif Məhərrəmli, Elariz Məmmədoğlu və başqaları studiyanı canlı ifaları, təbrikləri ilə canlandırıblar.

Mətbuata açıqlama verən V.Rəcova adətini pozub, ad günü ilə əlaqədar verilişə daha çox sayda qonaq dəvət edib. Həmin buraxılışa sənətçi bahalı brendlərdən olan 3,5 kq-lıq libasını geyinib.

“Sənətçi dostlarım məni güllərə qərq etdilər. Ən böyük gül çələngini nişanlım Qafurdan aldım. Gülləri birbaşa studiyaya gətirdi. Amma hədiyyəsi bununla bitmir. Sürprizlərdən biri isti ölkələrdən birinə səfərimiz olacaq. Orda da hədiyyəsinin olacağını bildirib. Doğum günümü Bakıdan kənarda qeyd edəcəyik. Bu səbəbdən verilişin çəkilişini bir neçə gün əvvələ saldıq” – deyən Vüsalə xanım bir məqamı da açıqladı.

Bəlli oldu ki, xanım sənətçi qayınanası ilə eyni gündə, aprelin 19-da dünyaya gəlib. Səfərdən öncə qayınanasına dəyərli hədiyyə təqdim edəcək sənətçi yeniliklərdən söz açdı.

Öyrəndik ki, Vüsalə xanımın yeganə övladı Ülvünün adına ansambl yaradıb. Sözügedən verilişdə, eyni zamanda, digər veriliş və tədbirlərdə Vüsalə xanım ansamblın müşayiəti ilə canlı xalq və bəstəkar mahnıları ifa edəcək.

İsa Şükürov

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR