Balaca aktyorlar Türkiyədə oynayacaq - FOTOLAR
Bizi izləyin

Magazin1

Balaca aktyorlar Türkiyədə oynayacaq - FOTOLAR

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının üzvləri Türkiyəyə səfərə hazırlaşırlar.

Publika.az-ın məlumatına görə, teatrın kollektivi Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Günü münasibətilə reallaşacaq tədbirdə “Nağıl çələngi” adlı tamaşa-konsert proqramı ilə çıxış edəcəklər.

Aylin Nəcəfli, Tunar İsa, Selcan Musayeva və Nazim Hacıyev türkiyəli yaşıdları qarşısında Tıq-Tıq xanım, Cırtdan, Gəlincik və Ələddin kimi məşhur nağıl qəhrəmanlarının obrazlarını canlandıracaqlar.

Səidə Haqverdiyevanın ssenari müəllifi olduğu tamaşa-konserti studiyanın müəllimi, aktrisa Cəmilə Allahverdiyeva səhnələşdirib.

Aprelin 20-dən 26-dək davam edəcək səfər çərçivəsində balacaların Türkiyənin digər şəhərlərində çıxışları da nəzərdə tutulur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm