Elmira Şabanova: “Buna görə qəpik-quruş verirlər”
Bizi izləyin

Magazin1

Elmira Şabanova: “Buna görə qəpik-quruş verirlər”

Xalq artisti Elmira Şabanova seriallardan danışıb.

Publika.az-a açıqlama verən aktrisa yerli seriallara çəkilməməsinin səbəblərini açıqlayıb: “Bəzən məndən soruşurlar ki, niyə son vaxtlar heç bir serialda və filmdə görünmürsən? Mən insanların narahatlığını başa düşürəm, onlar məni görmək arzusundadırlar. Mən də çəkilmək arzusundayam, amma seriala yox, filmə. Yerli seriallardan mənə çoxlu təkliflər də gəlir, amma qəbul etmirəm. Çünki aktrisa zəhmət çəkib, enerjisini sərf edirsə, bunun da müqabilində yaxşı qazanc əldə etməlidir. Seriallar üçün rejissorlar mənə qəpik-quruş təklif edir, mən axı tanınmamış aktrisa deyiləm ki, pulsuz çəkilim. Rusiyada mənim kimi aktrisalar üçün xüsusi ssenarilər yazılır”.

Xalq artisti zəhmətinin qarşılığında yüksək qonorar alacağı təqdirdə seriallara çəkiləcəyini deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm