Zülfiyyə Xanbabayeva cazmenlə...
Bizi izləyin

Magazin1

Zülfiyyə Xanbabayeva cazmenlə...

Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva sevənlərinə sürpriz hazırlayır. Publika.az xəbər verir ki, xanım müğənni kişi həmkarı ilə duet oxuyacaq.

Görəcəyi işlər barədə əvvəlcədən məlumat verməyi sevməyən xanım ifaçının cazmenlə iş birliyi artıq reallaşıb. Belə ki, duet ifa etmək üçün Xanbabayeva cazmen Fərid Əsgərovla bir araya gəlib.

Qeyd edək ki, Fərid Əsgərov Rusiyada keçirilən “Qolos” səs müsabiqəsindən sonra məşhurlaşıb. Dueti yaxın günlərdə təqdim ediləcəyi bildirilir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm