Gənc müğənniyə klassik maşın hədiyyə olundu - VİDEO\FOTOLAR
Bizi izləyin

Magazin1

Gənc müğənniyə klassik maşın hədiyyə olundu - VİDEO\FOTOLAR

Gənc müğənni Aytac Vidadiqızına doğum günündə retro avtomobil hədiyyə olunub. Bu haqda videonu müğənni özü sosial şəbəkədə paylaşıb.

Müğənni Aytac Vidadiqızı şou əhlindən fərqli olaraq özünə təmtəraqlı deyil, yalnız ailə üzvlərinin çərçivəsində ad günü keçirib. Publika.az açıqlama verən ifaçı ad günü mərasiminə heç bir şou nümayəndəsini çağırmamasına belə şərh verib.

“Təmtəraqlı ad gün keçirsəydim, gərək toy edərdim. Dəvət edəcəyim qonaqların siyahısını hesabladım, təqribən 200 nəfərdən çox oldu. Bu qədər qonaqla toy edib, ərə getmək olar. Hələ ki, qismətini tapmamışam. Bu səbəbdən ad günümü ailə üzvlərimlə keçirdim”.

25 yaşı tamam olan müğənni ona hədiyyə olunan retro avtomobildən də danışdı.

“Əslində bu, zarafatdır. Yolda avtomobili gördüm və xoşuma gəldi. Zarafatyana paylaşılan bir videodur”.

Publika.az-a açıqlamasında Vidadiqızı ilk hədiyyəni özü özünə etdiyini də bildirdi.

“Bu həftə Gürcüstanda çəkilən “Bezdim, gəlmə” adlı klipimi təqdim etdim. Bu klipi əslində ad günümdə təqdim etmək fikrində idim. Elə alındı ki, bir neçə gün tez təqdimat keçirməli oldum. Bu klipi özüm-özümə hədiyyə etmişəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm