Elnur Hüseynovun Avropa turuna daha 3 ölkə əlavə edildi - VİDEO
Bizi izləyin

Magazin1

Elnur Hüseynovun Avropa turuna daha 3 ölkə əlavə edildi - VİDEO

Azərbaycanın "Eurovision 2015" təmsilçisi Elnur Hüseynov may ayında ikinci yarımfinaldakı çıxışından öncə gedəcəyi ölkələrin siyahısına üçünü də əlavə edib.

Elnur bu günə qədər Riqa və Budapeştdə olub, yerli media və ölkə təmsilçiləri ilə görüşüb.

Turun axırıncı dayanacaqları Amsterdam və Moskva şəhərləridir. Amsterdamda hər il keçirilən "Eurovision in Concert" bu il 20 ölkədən "Eurovision 2015" təmsilçilərini özünə cəlb edə bilib. Moskvada Elnur "Pre-Eurovision" konsertində digər ölkələrdən 10 təmsilçi ilə eyni səhnəni paylaşacaq.

20 aprel tarixində Elnur Belçikada Ghentdə olacaq. Ment TV-yə qonaq olaraq öz musiqi videosunu təqdim edərək, müsahibə verəcək. Hasseltdə "TV-Limburg"-da ‘Hour of the Wolf’ mahnısını ifa edəcək. Brüsseldə Elnur "Sony Music" Belçikanın Eurovision təmsilçisi Loic Nottetlə görüşəcək.

Belçikadan sonra aprelin 22-də Elnur Yunanıstana gedəcək. Məşhur səhər verilişi "To Proino Mou"-ya çıxacaq. Elnurun Afina səyahətinə "Hello! Magazine" üçün fotosessiya və yunan mediası ilə bir neçə görüş də daxildir.

Elnurun son dayanacağı 26-27 aprel tarixlərində Gürcüstan, Tbilisi olacaq. Dərin house-tərzi bir konsertdə öz mahnısını təqdim edəcək. Aprelin 27-də bir səhər verilişinə qatılaraq, ardından yerli media ilə görüşəcək: Fortuna radio, “Music Box” televiziyası və başqa yerli media üzvlərinə müsahibələr verəcək.

Publika.az Elnur Hüseynovun Amsterdamkı çıxışının videosunu təqdim edir:

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm