Vyanada Azərbaycan konserti
Bizi izləyin

Magazin1

Vyanada Azərbaycan konserti

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “İpək yolu boyunca musiqi səyahəti” adlı konsert keçirilib.


Publika.az-ın məlumatına görə, konsertdə qədim “İpək yolu” ticarət yolunun üzərində yerləşən ölkələrin ənənəvi musiqiləri müasir səhnə texnikasının köməyi ilə təqdim olunub. Çin, Monqolustan, Özbəkistan, Tacikistan, Azərbaycan, Türkiyə, Rusiya və bir sıra digər ölkələrin xalq və bəstəkar mahnıları ifa olunub. Azərbaycan xalq və bəstəkar mahnıları, xüsusilə də, pianoçu Səbinə Həsənovanın solo ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm