Azərbaycan Beynəlxalq Kann Festivalında
Bizi izləyin

Magazin1

Azərbaycan Beynəlxalq Kann Festivalında

Mayın 13-dən 24-dək keçiriləcək 68-ci Beynəlxalq Kann Kinofestivalında ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir qrup kino xadimindən ibarət heyət təmsil edəcək.

Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın Publika.az-a verdiyi məlumata görə, dünyanın ən mötəbər kino tədbirində artıq beşinci dəfə Azərbaycan pavilyonu fəaliyyət göstərəcək. Milli filmlərimizin nümayiş olunacağı pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino adamları ilə görüşlər keçiriləcək, birgə layihələr müzakirə olunacaq.


Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanlarını təbliğ edən və I Avropa Oyunları haqqında çap və video materiallar ziyarətçilərə nümayiş etdiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm