TNT kanalının yayımı dayandırılsın! - TƏLƏB
Bizi izləyin

Magazin1

TNT kanalının yayımı dayandırılsın! - TƏLƏB

Sosial şəbəkə istifadəçiləri aprelin 24-də Azərbaycanda TNT kanalının yayımını dayandırmağı tələb edir. Onların bu addımı atmasına səbəb isə həmin gün sözügedən telekanalda qondarma erməni soyqırımının təbliği ilə bağlı efirdə ediləcək dəyişiklikdir.

Publika.az xəbər verir ki, sözügedən dəyişikliklə bağlı “Comedy Club” açıqlama yayıb. Həmin açıqlamada deyilir:

“Cümə günü, aprelin 24-də Rusiyanın məşhur telekanalı olan TNT “Comedy Club” verilişinin yayımını bir günlük dayandıracaq. Veriliş əvəzinə efirdə 10 dəqiqəlik film nümayiş olunacaq. Həmin filmdə “Comdey Club”un bütün iştirakçıları rol alacaq. Filmdə erməni soyqırımı anılacaq. Bu, təkcə ölənlərə hörmət əlaməti deyil, həm də TNT telekanalına baxan və erməni soyqırımından xəbəri olmayanları maarifləndirmək üçün edilən bir aksiyadır”.

Qeyd edək ki, açıqlama bu gün sosial şəbəkə istifadəçiləri tərəfindən ən çox paylaşılan xəbərlərdən birinə çevrilib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm