Magazin1
Qara Qarayev VI müasir musiqi festivalı başladı - FOTOLAR
Aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Qara Qarayev VI müasir musiqi festivalının açılış mərasimi
keçirilib.
Publika.az-ın məlumatına görə, mərasim dahi
bəstəkar Qara Qarayevin “İldırımlı yollarla” baletindən
“İntroduksiya”nın səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev Azərbaycan musiqisinin son onilliklərdə xüsusi yüksəliş
dövrünü yaşadığını vurğulayıb.
Nazir müavini bu il beynəlxalq səviyyəli Mstislav Rostropoviç,
“İpək Yolu”, Qəbələ, Üzeyir Hacıbəyli və caz festivallarının
keçiriləcəyini bildirib.
Sonra musiqilər ifa edilib. Festival çərçivəsində ilk olaraq Qara
Qarayev adına Mərkəzi İncəsənət Məktəbində məşhur isveçrəli
gitaraçı, professor Kristof Jaggin ustad dərsi keçib.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış
edib. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi
altında V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər
bəstəkarların əsərləri səsləndirilib.
Cəvahir
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO