Meqastar Tarkan, superstar Pekkan və diva Aygünü nə birləşdirir?
Bizi izləyin

Magazin1

Meqastar Tarkan, superstar Pekkan və diva Aygünü nə birləşdirir?

Türkiyədə yaradıcılıq işlərini uğurla davam etdirən Azərbaycanın xalq artisti Aygün Kazımova orada albom işlərini tamamlamaq üzrədir.

Publika.az xəbər verir ki, Azərbaycanın divası ilə bağlı son xəbər Türkiyənin məşhur ulduzları ilə çalışan Murat Aziretdən gəlib. O, sosial şəbəkədə Aygün Kazımovanın fotosunu paylaşaraq yazıb:
“Bu gecə səsyazma studiyasında Azərbaycanın böyük sənətkarı və kraliçası Aygün Kazımovanın mahnısını yazdıq. Möcüzəli bir xanımdır. Qürur duydum...”

Qeyd edək ki, Murat Aziret Türkiyədə Ajda Pekkan, Tarkan, Ebru Gündeş, Sibel Can, Sertap Erener kimi məşhur ulduzlarla, Azərbaycandan isə Nigar Camal və Röya ilə çalışıb. Artıq Murat Aziretdən vokal dərsi alan məşhurların sırasına Aygün Kazımova da daxil olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm