Magazin1
Bakıda VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək
Mayın 17-dən 24-dək Bakıda VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək.
Təşkilat komitəsindən Publika.az-a verilən
məlumata görə, açılış mərasimi mayın 17-də Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı ilə başlanacaq.
Bədii rəhbər və baş dirijor xalq artisti Rauf Abdullayevdir. Tamaşaçılara alman bəstəkarı Karl Orfun “Karmina Burana” səhnə kantatası təqdim olunacaq.
Mayın 19-da filarmoniyada təqdim olunacaq “Təkcə caz deyil” adlı
konsert proqramı çərçivəsində saksofonçu, Rusiyanın xalq artisti,
İqor Butman və onun kvarteti, Arseni Çubaçin, “ARS Chamber
orchestra” kollektivi çıxış edəcəklər.
Festival çərçivəsində mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi tərəfindən Rudjero Leonkovallonun “Payatsı” operası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru İvan Popovski, quruluşçu dirijoru Canluka Marçiano, dirijoru Aleksandr Solovyovdur.
Filarmoniyada mayın 22-də təqdim olunacaq “Rusiyanın parlayan
ulduzları” adlı konsert proqramına beynəlxalq müsabiqə laureatları
Robert Brem (skripka), Mixail Qayduk (truba), Timur Kolodyajnı
(violonçel), Mixail Çumakovun (skripka), habelə Qalina Vişnevskaya
Opera İfaçılığı Mərkəzi kollektivinın çıxışları daxildir.
Mayın 23-də musiqisevərlə Heydər Əliyev Sarayında İtaliyanın Luici
Kerubini orkestrinin ifasını dinləyə biləcəklər. Orkestrin bədii
rəhbəri və baş dirijoru Rikkardo Mutidir. Festivalın bağlanış
mərasimi də bu orkestrin çıxışı ilə mayın 24-də Heydər Əliyev
Sarayında olacaq.
Cəvahir
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ