ANS-in aparıcısının ad günündən FOTOLAR
Bizi izləyin

Magazin1

ANS-in aparıcısının ad günündən FOTOLAR

Hər kəsin İrəm bacı kimi tanıdığı “İrəmlə uşaqdan böyüyə” layihəsinin rəhbəri və məşhur teleaparıcı İrəm Nəbiyeva özünə təmtəraqlı ad günü mərasimi keçirib.

Məkan olaraq aparıcı dəniz sahilində yerləşən elit məkanlardan birini seçib. Publika.az-a açıqlama verən aparıcı bu məkanı seçməsinin əbəs yerə olmadığını bildirib.

“Üç ildir ailəliyəm. Həyat yoldaşımla toyum da məhz bu məkanda olub. Bu məkanda xoşbəxtliyimi davam etdirirəm. Bu məkan mənə düşərli olub. Hər il ən əlamətdar günlərimizi dəniz kənarında qeyd edirik. Dənizi çox sevirəm. Dəniz saflıq, təmizlik rəmzidir. O, özündə çirki saxlamır. İmkanım olsa, lap dənizin içində də mərasim keçirərəm”.

Doğum günü şənliyini açıq elan edən də xanım aparıcının özü oldu. O, bu mərasimə yalnız ona yaxın olan insanları dəvət etdiyini bildirdi.

“Hər biriniz xoş gəlmisiniz. Burada mənə, ailəmə ən yaxın olan insanlar gəlib. Burada təkcə mənim deyil, həyat yoldaşım Cenkin də tanıdığı dostları, doğmaları dəvət olunub. Hər birinizə ailəm adından gəldiyiniz üçün təşəkkür edirəm”.

Teleaparıcını təbrik etməyə gələnlər arasında çoxsaylı məşhur simalar da var idi. Onların arasında müğənnilər Aytac Vidadiqızı, Aysel Əlizadə, Sevinc və Sevil bacıları, Rüfət Axundov, İbrahim Borçalı, Elnur Məmmədov və digərləri var idi.

Gələn məşhur qonaqların hər biri repertuarının ən hit mahnılarını səbəbkarın şərəfinə ifa edərək məclisi daha da canlı edirdi.

Ad günü mərasiminin ən təsirli məqamı isə sonda baş verdi. Publika.az-ın əldə etdiyi məlumata görə İrəm Nəbiyevanın qardaşı 4 il bundan öncə İsveçrədə yol qəzasında vəfat edib. O gündən teleaparıcının anası və qardaşı heç bir tədbirdə rəqs etməyib. Bu haqda İrəm Nəbiyeva özü Publika.az-a danışıb.

“4 ildir ki, anam şənlik nədir bilmir. Heç mənim toyumda belə qızı ilə rəqs etmədi. İlk dəfədir bu gün qol qaldırır. Özümdən asılı olmayaraq göz yaşlarımı saxlaya bilmədim. Həm də anam 5 aydır Türkiyədə xərçəng xəstəliyindən müalicə alır. Kimya terapiyanın necə ağır müalicə olmasını hər kəs bilir. Allah heç kəsə göstərməsin. Bu səbəbdən özümdən asılı olmayaraq anam oynayanda qarşısında diz çökdüm. Qeyri-iradi olaraq yaş gözlərimdən sel kimi axdı. Əlbəttə, anamın qarşısında ağlayıb onu kövrəltmək istəməzdim. Amma o, mənim hər şeyimdir. Hətta həyat yoldaşıma belə demişəm ki, birinci anamı sev, sonra məni. Cenk də sağ olsun, anama kürəkən deyil, oğul olub. Allah bütün analara can sağlığı versin”.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm