Sevda Yəhyayeva: “Əgər sevilsə...” - FOTOLAR\AUDİO
Bizi izləyin

Magazin1

Sevda Yəhyayeva: “Əgər sevilsə...” - FOTOLAR\AUDİO

Gənc və sevilən müğənni Sevda Yəhyayeva “İlk addım” adlı yeni mahnısını sevənlərinin ixtiyarına buraxıb. Mahnı şərq və qərb musiqisinin elementləri ilə zəngindir. Mahnı ilk olaraq lirik notlarla başlasa da, ilk dəqiqədən sonra mahnı dinləyicisini tam olaraq coşdurmağı bacarır.

Mahnının sözləri isə gənc qızlara ismarış olaraq yönlənib.

Nə olar ilk addımı atsan,

Qaçsan, bəlkə də çatarsan...

Hələ də ağ atlı şahzadə

Onu da yuxuda taparsan...

Mahnının sözləri Nicat Zeynallı, musiqisi isə Muxtar Abseynova aiddir.

Sevda xanım Publika.az-a açıqlamasında bildirib ki, əgər mahnı sevilsə, ona kilp çəkdirəcək.

İsa Şükürov

Foto: Sadiq Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm