“Qafqazlı qardaşqızı” Bakıda - FOTOLAR
Bizi izləyin

Magazin1

“Qafqazlı qardaşqızı” Bakıda - FOTOLAR

Musiqili Teatrda “Qafqazlı qardaşqızı” tamaşasının məşqlərinə start verilib.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Publika.az-a bildirib ki, rus bölməsində hazırlanacaq tamaşanın quruluşçu-rejissoru Əli Usubovdur.

Rauf Hacıyevin möhtəşəm musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalcikin, Volqaqradın musiqili teatrlarında tamaşaya qoyulub.

Qeyd edək ki, tamaşanın quruluşçu-dirijoru Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının professoru Dmitri Çerbadji, quruluşçu-baletmestrləri Leyla və Zakir Ağayevlərdir.

Tamaşada əsas rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko və başqaları ifa edirlər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm