Azərbaycan mədəniyyəti Niderland festivalında
Bizi izləyin

Magazin1

Azərbaycan mədəniyyəti Niderland festivalında

Niderlandda yaşayan xalqların böyük mədəniyyət festivalında Azərbaycan da təmsil olunacaq.

Publika.az-ın məlumatına görə, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi mayın 14-dən 17-dək Utrext şəhərində keçiriləcək festivala hazırlıq işlərinə başlayıb.

Festivalda Birliyin ölkəmizlə bağlı hazırladığı böyük lövhə qurulacaq. Lövhədə Azərbaycanın dövlət atributlarını, mədəniyyətini və tarixini əks etdirən eksponatlar və suvenirlər, milli geyimlərimiz, yeməklərimiz, Azərbaycan haqqında kitab və açıqcalar nümayiş etdiriləcək.


Bundan başqa, festivalda Bakının Nizami rayonunun Uşaq və Gənclər Yaradıcılıq Birliyinin “Azərbaycan inciləri” uşaq rəqs qrupu, Niderlandda fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının rəhbəri, müğənni-bəstəkar Firəngiz Bağırova Azərbaycanın xalq və bəstəkar musiqiləri ilə çıxış edəcəklər. Tədbirdə Niderlandda yaşayan rəssamlar Rasim Hüseynov və Vəfa Hüseynovanın rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm