Aparıcı ilə qonaq arasında söz savaşı
Bizi izləyin

Magazin1

Aparıcı ilə qonaq arasında söz savaşı

“Space” telekanalında yayımlanan “Əsl şou” verilişinin aparıcısı Novruz İsmayıl və verilişə qonaq gələn şoumen Murad Arif arasında söz-söhbət olub.

Proqramın qaydalarına əsasən, canlı yayımda keçirilən viktorinada uduzan şəxs aparıcıların dediyi şərti yerinə yetirməlidir. Novruz isə Murad Arifdən oriyental rəqs etməsini xahiş edib. Bu rəqsi isə Murada proqramda qonaq olan rəqqasə Aytən öyrətməli olub. Bu istək şoumenin xoşuna gəlməyib.

“Mən mahnı ifa edə bilərəm. Siz mənim xətrimə dəyəcəksiniz indi? Oriyental rəqs çox gözəl rəqsdir. Amma mənim prinsipialam. Kişilərin ifasında oriyental rəqsi qəbul etmirəm. Məni necə istəyirsiniz cərimələyin, amma oriyental rəqsi ilə yox”.

Sonda Novruz qonağının xətrinə dəyməyərək, onun istəyini nəzərə alıb.

Qeyd edək ki, “Əsl şou” həftə içi 5 gün saat 11:00-da teleaparıcı Novruz İsmayıl və müğənni Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa

Foto: İsmixan Sadiqov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm