“Mənim günahım”ı üzə çıxardılar - FOTOLAR
Bizi izləyin

Magazin1

“Mənim günahım”ı üzə çıxardılar - FOTOLAR

Dövlət Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Məktəb və teatr” adlı layihəsi çərçivəsində teatrın kollektivi Yasamal rayonunda 53 nömrəli orta ümumtəhsil məktəbində olub.

Teatrın mətbuat əlaqələndiricisi Elçin Cəfərovun Publika.az-a verdiyi məlumata görə, məktəbdə Akademik Milli Dram Teatrının ən yeni tamaşalarından olan xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanmış “Mənim günahım” tamaşasının yaradıcı heyəti ilə görüş keçirilib.

Görüşdə tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Mərahim Fərzəlibəyov, baş rolun ifaçısı xalq Artisti Məleykə Əsədova, ‘məkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Hicran Nəsirova və teatrın baş inzibatçısı Elnur Məmmədov iştirak edib.

Sonda “Mənim günahım” tamaşasından parçalar nümayiş olunub.

Сəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm