Magazin1
Samira Allahverdi “Çağırış” etdi - FOTOLAR
Yerli estradamızın ən güclü səs sahiblərindən biri Samira Allahverdi “Çağırış” adlanan yeni mahnısına klip çəkdirib. Sözləri Sevinc Şirinə aid olan mahnı britaniyalı müğənni Cessi Ceyin repertuarından “Thunder” (“İldırım”) mahnısının musiqisinə yazılıb.
Klipin rejissoru uzun müddətdir Amerikada yaşayan Ülviyyə Könüldür. Bu klip son illər Azərbaycan müğənniləri ilə işləməyən Ülviyyə Könülün yerli müğənni ilə birgə reallaşdırdığı ilk ekran işi olacaq.
Publika.az-a açıqlama verən Samirə Allahverdi də rejissorla iş birliyini belə şərh etdi:
“Bilirsiniz ki, Ülviyyəni tapmaq bir qədər qəliz məsələdir. Biləndə ki, o, Bakıdadır, şansımı əldən vermədim”.
Olimpiya ərəfəsində belə bir mahnı ifa etməyinə də ifaçı münasibət bildirib.
“Bilirsiniz ki, idman mənim həyatımın ayrılmaz tərkib hissəsidir. İdmanla məşğul olmadığım həftə olmayıb. Mütəmadi olaraq idmanla məşğul oluram. Hər zaman da idmançılara bacardığım dəstəyi göstərirəm. Bu mahnım da onlara dəstək nümunəsidir”.
Müğənninin xarici görünüşü də diqqətimizi çəkdi. Onun geyimi üzərində kimin işləməsi ilə maraqlandıq. Cavabı isə bizi təəccübləndirdi.
“Klipdə stilistim özüməm. Geyimlərimi özüm seçmişəm. Hər zaman öz zövqümə arxayın olmuşam. Vizajıma görə Kristinaya təşəkkür edirəm. Fərqli görünmək üçün gözlərimə linza da taxmışam. Ümid edirəm ki, klipim həm dinləyicilərin, həm də idmançılarımızın ürəyincə olacaq”.
Publika.az Samira Allahverdinin “Çağırış” klipindən fotoları təqdim edir.
İsa Şükürov
Fotoqraf Fidan Süleymanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!