• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Zaur Xatirəyə: “Krokodilsən”, begemotsan”

  • Magazin1
  • 23 Aprel 2015 11:45
  • 3 279 Baxış
Zaur Xatirəyə: “Krokodilsən”, begemotsan”

Müğənni Xatirə İslam arıqlamağın çətinliyindən danışıb.

“Guya 2 gündür yeməyi azaltmışam. Çörəyə əlimi vurmuram. Hər dəfə özümə söz verirəm, amma etmirəm. Ötən dəfə də Zaur evimizə çəkilişə gəlib. Məşq prosesində 20 peraşki yedim. Amma o peraşki ilə də bitirdim”.

Publika.az xəbər verir ki, "Xəzər" telekanalında qonaq olan müğənni həmçinin repertuarına mərhum müğənni Məhəbbət Kazımovun repertuarından mahnı daxil etməsindən də danışıb.

“Mən səni sevən gündən” adlı yeni mahnı ifa etmişəm. Bu mahnı Məhəbbət Kazımovun repertuarındandır. Musiqisini də Məhəbbət müəllim özü bəstələyib. Düzü, bunu mən özüm sonradan bilmişəm. Mahnını ifa edəndən sonra bu haqda mənə məlumat veriblər”.

Qeyd edək ki, mahnının sözləri Zahir Abbasa aiddir.

Xatırənin sözlərinə mərhum Məhəbbət Kazımov ANS kanalında qonaq olanda ona mahnını bəyəndiyini söyləyib: “Dedi qurbandır sənə. Ancaq risk etmirdim bu mahnıya müraciət edim. O rəhmətə gedəndən sonra istədim mahnı bir daha yaşasın. Mahnını Türkiyədə aranjeman etdirdik. Düzdür, Məhəbbət müəllim kimi ifa edə bilmədim, onun özünəməxsus üslubu var. Amma çalışdım nə isə edim”.

Müğənni şanslı olsa da, bu şansında lazımınca istifadə edə bilməməsindən də söhbət açıb.

“Flora Kərimovanın repertuarından mahnı ifa etmişəm. Zaur bunu eşidəndən sonra mənə “sən krokodilsən”, begemotsan, əjdahasan, sən nəsən" dedi. Şansım var. Elə tədbirlərdə çıxış edirəm ki, müğənnilər can atır orada olmaq üçün. Mən isə o tədbirdəyəm amma ağlım kəsmir ki, istifadə edim. Məndə biclik yoxdur. Bu da yaxşı şey deyil. Şansdan istifadə etmək lazımdır”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR