Brilliantdan “Çanaqqala türküsü” - AUDİO
Bizi izləyin

Magazin1

Brilliantdan “Çanaqqala türküsü” - AUDİO

Xalq artisti Brilliant Dadaşova "Çanaqqala zəfəri"nin100 illiyi münasibəti ilə məşhur "Çanaqqala türküsü”nü ifa edib. Müğənni musiqidə Azərbaycan dəst-xəttini əks etdirmək üçün milli muğamlarımızdan da istifadə edib.

Qeyd edək ki, musiqi xanım müğənninin dünya şöhrətli balaban ustası Alixan Səmədovla birgə hazırladığı alboma daxil olacaq. Albomun digər musiqilərini ictimailəşdirməyən xalq artisti bu musiqini sosial şəbəkələrdəki rəsmi səhifələrində "Çanaqqala zəfəri"nin100 illiyi şərəfinə paylaşıb. Türkü alboma daxil olacaq yeganə türk musiqisidir.

Bundan başqa alboma Fikrət Əmirov, Rauf Hacıyev, Emin Sabitoğlu, Ələkbər Tağıyev, Ramiz Mirişli və s. bəstəkarlarımızın bəstələri daxil olacaq. Albomun Türkiyənin öndə gedən şirkətlərinin biri tərəfindən yaxın aylarda çıxarılacağı gözlənilir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm