Sevda Ələkbərzadənin “Çanaqqala türküsü” hamını kövrəltdi - FOTOLAR
Bizi izləyin

Magazin1

Sevda Ələkbərzadənin “Çanaqqala türküsü” hamını kövrəltdi - FOTOLAR

Xarici Dillər Universitetində ASAN Xidmətin sifarişi ilə hazırlanan “Çanaqqala 100 “Qardaş köməyi” filminin və “Çanaqqala türküsü” klipinin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, hər iki ekran işi Çanaqqala savaşlarında şəhid olan qəhrəman türk əsgərləri və azərbaycanlı könüllülərin əziz xatirəsinə ithaf edilib. Möhtəşəm layihənin rəhbəri AYB-in üzvü Cəlal Qurbanovdur.

Ekran işində əməkdar artist Sevda Ələkbərzadə “Çanaqqala türküsü”nü ifa edib.

Təqdimat öncəsi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov layihə ilə bağlı fikirlərini bölüşüb:

“Sabah Türkiyə Çanaqqala zəfərinin 100 illiyini qeyd edəcək. Eyni zamanda, ermənilər qondarma erməni soyqırımının 100 illiyini qeyd edir. Belə bir ərəfədə Azərbaycan da öz sözünü deyir. Bu layihənin əhəmiyyətini xüsusilə vurğulamaq istəyirəm. İstedadlı yazar Cəlal Qurbanova minnətdarlıq edirəm. Hər zaman vətənpərvər ideyaları ilə seçilib, Azərbaycan himnini, səngərini, döyüşçüsünü tərənnüm edən layihələri ilə öz sözünü deyib. Sevda Ələkbərzadə də türkünü özünəməxsus ifa edib. Bu layihələrin davamlı olmasını arzulayardım”.

Əməkdar artist Sevda Ələkbərzadə belə bir layihədə iştirak etdiyinə görə qürur hissi keçirdiyini bildirib: “Bu çox məşhur bir türküdür, ilk dəfə bir əsgərin dilindən səslənib. Çanaqqala savaşında türk əsgərləri ilə bərabər azərbaycanlı könüllülər də vuruşub, bu türkü də onların qəhrəmanlığına həsr olunur. Layihə rəhbəri Cəlal Qurbanova xüsusi təşəkkür etmək istəyirəm. Çox istərdim ki, Azərbaycan mədəniyyətində bu cür layihələrin sayı çox olsun”.

Qeyd edək ki, “Çanaqqala 100 “Qardaş köməyi” filminin və “Çanaqqala türküsü” Cəlal Qurbanovun növbəti uğurlu layihələrindəndir.

Cəvahir Səlimqızı

Foto:Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm