Canlı yayımda tamaşaçıları tualet kağızına bürüdülər - FOTOLAR
Bizi izləyin

Magazin1

Canlı yayımda tamaşaçıları tualet kağızına bürüdülər - FOTOLAR

“Əsl şou” verilişi bu gün də maraqlı buraxılışı ilə yadda qalıb. Verilişin qonaqları tamaşaçıları tualet kağızına bürüyüblər.

“Əsl şou” verilişi gündəlik olaraq fərqli oyunlar və viktorinalarla tamaşaçıların marağına səbəb olur. Marağa rəng qatan isə viktorinanın qəhrəmanlarının məşhur simalar olmasıdır. Bu gün verilişin qonaqları olan Xəyyam Nisanov və Azad Şabanov tamaşaçıları verilişin şərtlərinə uyğun olaraq tualet kağızına bürüyüblər. Bu da verilişi izləyənlərin gülüşünə səbəb olub.

Verilişdən fotoları təqdim edirik.

Qeyd edək ki, “Əsl şou” həftə içi 5 gün saat 11:00-da teleaparıcı Novruz İsmayıl və müğənni Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Fotoqraf İsmixan Sadiqov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm