Rəşad Məcidin İtaliyada kitab təqdimatı olacaq
Bizi izləyin

Magazin1

Rəşad Məcidin İtaliyada kitab təqdimatı olacaq

İyulun 11-12-də İtaliyanın Milan şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə bu şəhərdə azərbaycanlı şair-publisist Rəşad Məcidin italyan dilində çap olunmuş şeirlər kitabının təqdimatı keçiriləcək. Həmçinin italyan bəstəkarı, Milan Konservatoriyasının professoru Davide Qualterinin Rəşad Məcidin şeirlərinə bəstələdiyi musiqilərdən ibarət konsert təşkil olunacaq. Milan Konservatoriyasında reallaşacaq konsertdə azərbaycanlı musiqiçilər də iştirak edəcəklər.


R.Məcid Publika.az-a bildirib ki, Milandakı Laskala Teatrının qarşısında yerləşən “Palasso” otelində təşkil olunacaq kitabın təqdimat mərasiminə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə böyük nümayəndə heyəti qatılacaq.


Şeirləri italyan dilinə Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Davide Qualteri tərcümə edib. Kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış azərbaycanlı rəssamların əsərləri də yer alıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm