Nadir şou-biznesdə gizli sevgi yaşayanlardan danışdı
Bizi izləyin

Magazin1

Nadir şou-biznesdə gizli sevgi yaşayanlardan danışdı

Müğənni Nadir Qafarzadənin daha bir mahnısı hazırdır. Yaradıcılığındakı yeniliklə bağlı Publika.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri və musiqisi Seyidəli Əsgərova məxsus “Deyə bilmədim” adlı bəstəni lentə aldırıb: “Yeni mahnım bu gün işıq üzü gördü. Bu mahnı mənə hədiyyədir. İlk dəfə qulaq asan kimi bəyəndim. Mənim üçün əsas mahnının sözləri ilə musiqinin bir-birini tamamlamasıdır. Düşünürəm ki, bu mahnının sözləri daha gözəldir. Həyatda elə insanlar var ki, gizli sevgi yaşayırlar. Sevdiklərini dilə gətirməyə çəkinirlər. Belə deyək də, sadəcə, uzaqdan sevməklə kifayətlənirlər. Bu mahnı da məhz həmin insanlar üçündür. Düşündüm ki, bu həyatda gizli sevgi yaşayanlar çoxdur. Elə şou-biznes aləmində də belələri az deyil. Həmin insanlara da bu mahnı ismarış olacaq. Bəstənin seviləcəyinə inanıram”.


Qeyd edək ki, N.Qafarzadənin ifasında olan “Deyə bilmədim” adlı bəstə bu gün “Youtube” kanalına yüklənib. Mahnı yaxın vaxtlarda radio-dalğalarında da səslənəcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm