Təranə Qumral: "Kişilərimiz söyüşcüldü"
Bizi izləyin

Magazin1

Təranə Qumral: "Kişilərimiz söyüşcüldü"

Musa Musayev və Təranə Qumralın hər dəfə verilişlərdə qonaq olmaları yeni qalmaqalın başlanğıcı olur. Bu gün də Xəzər kanalında qonaq olan cütlük növbəti qalmaqalın təməlini qoyublar. Publika.az xəbər verir ki, Təranə Qumral Azərbaycan kişilərini təhqir edib.

“Azərbaycan kişiləri çox nadir hallarda söyüş söymürlər. Bizim bütün kişilərimiz söyüşcüldür. Fundamentimiz budur. Təməlimiz belə qoyulub ki, dədəniz, babamız, atamız, ulularımız da söyüş söyüblər. Evdə qadını söyməsə də, evdə balaca bir şey düzəldirsə, çəkic əlinə dəyəndə onu da söyür. Söyüşcüldürlər. Qanımız belədir. 90 faiz kişilərimiz söyüşcüldür”.

Dediklərinin fərqində olmayan Qumral həyat yoldaşını da qalmaqala düşməsinə səbəb olub.

“Musa da söyüşcüldür. Nərimanovda yaşayırıq. Maşın sürərkən yol vermirlər ona, “prava” verən qurumu və sürücülərin hamısını söyür. Mən də ona səbirli ol deyə-deyə sakitləşdirirəm”.

Jalə Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm