Mikayıl Güləddinoğlu canlı yayımda güc döyüşünə çıxdı - FOTOLAR
Bizi izləyin

Magazin1

Mikayıl Güləddinoğlu canlı yayımda güc döyüşünə çıxdı - FOTOLAR

“Əsl şou” verilişinin bugünkü buraxılışı məzəli hadisələrlə yadda qalıb. Verilişdə qonaq olan teleaparıcı Mikayıl Güləddinoğlu və vokal ifaçısı Zaur Əmiraslanov qollarının gücünü yoxlayıblar.

Publika.az xəbər verir ki, verilişin aparıcısı Novruz İsmayılın xahişi ilə reallaşan güc yarışının nəticəsi teleaparıcı Mikayıl Güləddinoğlu üçün ürəkaçan olmayıb. Belə ki, o, ifaçı Zaur Əmiraslanova uduzub.

Müğənniyə uduzan teleaparıcı bəxtini yenidən sınamaq qərarına gələrək bu dəfə verilişin aparıcısı Novruz İsmayılı təkbətək döyüşə çağırıb. Yenə uduzan Mikayıl yalnız bundan sonra məğlubiyyətini qəbul edib.

Publika.az verilişdə yaşanan maraqlı anların fotolarını təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm