Bakıda multimedial opera nümayiş olunub - FOTOLAR
Bizi izləyin

Magazin1

Bakıda multimedial opera nümayiş olunub - FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində daha bir əsərin təqdimatı gerçəkləşib.

Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın Publika.az-a verdiyi məlumata görə, Gənc Tamaşaçılar Teatrının səhnəsində Vladimir Tarnopolskinin “Kölgənin o tərəfində” multimedial operası nümayiş olunub.

Opera 2006-cı ildə Bethoven festivalının sifarişi ilə Bonn Opera Teatrı üçün yazılıb. Əsərin ssenarisi bəstəkar Vladimir Tarnopolski tərəfindən qədim yunan mütəfəkkirləri Platonun “Mağara haqqında əfsanə” və Pliniusun "Təsviri incəsənətin yaranışı" haqqındakı əfsanəsinə əsaslanır.

Qeyd edək ki, Qara Qarayev VI Müasir Musiqi Festivalı bu gün başa çatacaq. Festivalın bağlanışı saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm