• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ağamirzə and-aman etdi: “Ağ yalandır”

  • Magazin1
  • 25 Aprel 2015 10:30
  • 2 334 Baxış
Ağamirzə and-aman etdi: “Ağ yalandır”

Meyxanaçı Ağamirzə qəzəblənib. Sənətçinin özündən çıxmasına səbəb haqqında yayılan şayiələrdir.

Bu barədə Publlika.az-a danışan Ağamirzə belə şayiələrin həqiqətə uyğun olmadığını deyib:

“Bu günlərdə verilişlərin birində dedilər ki, guya mən ustadım Ağasəlim Çıldağla yola getməmişəm, onunla küsülü olmuşam. Hətta o dünyasını dəyişəndə də mənimlə küsülü olub. Ağ yalandır. Ağasəlimlə necə küsülü ola bilərdim, axı. O meyxana sənətini mənə öyrədib, məni xalqa tanıdıb, çörək verib. Mən çörək itirən insan deyiləm. Bunu hər yerdə demişəm, yenə də deyirəm ki, mən bu gün dolanışığıma görə Ağasəlimə borcluyam. İstəməzdim insanlar haqqımda belə söz-söhbət yaysınlar, çünki, əhval-ruhiyyəmə pis təsir edir”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR