• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xəyyam Nisanova Rusiya şou-biznesinə qatılmağa kim mane olur?

  • Magazin1
  • 25 Aprel 2015 12:30
  • 1 078 Baxış
Xəyyam Nisanova Rusiya şou-biznesinə qatılmağa kim mane olur?

Müğənni Xəyyam Nisanov ölkəmizdə Rusiya şou biznesinin nümayəndələri ilə güclü əlaqələrinə görə tanınır. Buna baxmayaraq, indiyədək orada tanınmaması maraq doğurur. Müğənni Publika.az-a özəl açıqlamasında qonşu ölkənin şou-biznesinə daxil ola bilməməsini belə izah edib:

“Düzdür, Rusiyada müğənni və prodüsserlərlə çox güclü əlaqələrim var. Amma mən rus şou biznesinə girmək istəmirəm. Heç belə fikrim də olmayıb. Ən yaxşı halda hansısa rusiyalı müğənni ilə duet ifa edə bilərəm”.

Şou biznesin ən sakit, başıaşağı nümayəndələrindən olan Xəyyam Nisanov onun üçün ifa edəcəyi bəstənin sözlərinin əsas şərt olduğunu da vurğulayıb. Onun fikrincə, mahnılarının sevilməsində məhz bu amilin böyük rolu var:

“Mahnı seçərkən daha çox sözlərə fikir verirəm. Mənim üçün əsas sözlərdir. Musiqi və aranjeman isə ikinci dərəcəli əhəmiyyət daşıyır”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR