• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Mir Cəlal Paşayevin ad günüdür

  • Magazin1
  • 26 Aprel 2015 09:45
  • 1 209 Baxış
Mir Cəlal Paşayevin ad günüdür

Bu gün Azərbaycan ədəbiyyatında xüsusi xidmətləri olan Mir Cəlal Paşayevin doğum günüdür.

Publika.az-ın məlumatına görə, o, 1908-ci ildə ildə Cənubi Azərbaycanda doğulub. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçib. 1918-ci ildə atası vəfat edib, böyük qardaşının himayəsində yaşayıb. 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub.

Mir Cəlalın ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə, məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində xüsusi yer tutur. Ədibin “Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, “Azərbaycanda ədəbi məktəblər” mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

O, 1928-ci ildən ədəbi fəaliyyətə başlayıb. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olub.

Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyyət göstərib.

O 1978-ci il sentyabrın 28-də vəfat edib, ikinci Fəxri Xiyabanda dəfn olunub.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR