• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elgiz evlənməsindən danışdı - VİDEO

  • Magazin1
  • 26 Aprel 2015 23:14
  • 1 689 Baxış
Elgiz evlənməsindən danışdı - VİDEO

Adam məşhur olanda haqqında çox söz danışırlar, şayiələr dolaşır. Məsələn, götürək bizim Elgizi. Gah dedilər, Elgiz kimisə tutdurub. Gah dedilər Elgiz vəsiyyət eliyib, ölüm ayağındadır. İndi də deyirlər ki, Elgiz evlənir. Əşşi çox adam çox söz deyə bilər. Əsas adamın özüdü. Özünü danışdırmaq lazımdı ki, nə xəbərdir, düzdürmü, yalandırmı? Biz də Elgizi tutub çoxsaylı şikayətçilərin əlindən qoparıb danışdıra bildik.

Dünən günorta çağı xəbər yayıldı ki, bəs ölkənin ən tanınmış simalarından biri olan Elgiz Əkbər evlənir. Saytlarda onun toy dəvətnaməsinin fotosu paylaşıldı. İşin nə yerdə olduğunu bilməyənlər başladılar Elgizi evləndirməyə, bal ayına göndərməyə, uşaqlarına ad tapmağa.

Artıq sosial şəbəkələrdən vağzalı səsi ucalmağa başladı. 7-dən 77-yə hamını bürüyən bu xəbərə böyük çoxluq xeyir dua verdi. Amma maraqlı şərhlər də yazıldı.

Aparıcı Elgiz həyat yoldaşı olacaq insan haqda ANS TV-də efirə gedən "Şəbəkə" verilişinə danışıb:

“Efirə gəldiyim ilk gündən o, mənim tamaşaçımdı. Bütün verilişlərimi əzbər söyləyə bilər. Sənətimi sevir, çox böyük dəyər verir. Mən də yaxşı həyat yoldaşı olmağı ona söz vermişəm”.

Söz veribsə demək ki, sözünə əməl edəcək. Hər halda televiziya tamaşaçıları Elgizin prinsipiallığının dəfələrlə şahidi olublar.

Bizə isə yeni qurulacaq ailəyə yalnız xoşbəxtik arzulamaq düşər. “Adam içinə” yeni ailə gəlir, xoş gəlir...

Sosial şəbəkə istifadəçilərinin fikirlərini isə videodan izləyə bilərsiniz:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR