Atasını itirən müğənnidən xəbər var - VİDEO
Bizi izləyin

Magazin1

Atasını itirən müğənnidən xəbər var - VİDEO

“Bu mənəm-2” layihəsinin daha bir azyaşlı iştirakçısı 6 yaşlı Iskəndər Həsənzadə olub.

Bu dəfə ona müğənni Təranə Mahmudova dəstək olub. Təranə Mahmudova və İskəndərin ifa etdikləri mahnı “Kiçik sevgi” adlanır.

Mahnının musiqisi layihə rəhbərləri Bəbir və Ülviyyə Bəbirliyə, sözləri isə Ruhiyyə Rüstəmovaya aiddir.

“Layihədə iştirakı ərəfəsində Təranə xanımın atası rəhmətə getdi. Həyatının ən ağır günlərində belə bizə və kiçik İskəndərə öz dəstəyini əsirgəmədi” layihə rəhbəri Ülviyyə Bəbirli bildirib.

Qeyd edək ki, Təranə Mahmudova “Bu mənəm-2” layihəsinin sonuncu iştirakçısıdı. Buna qədər layihədə tanınmış simalardan- Tünzalə Ağayeva, Eldar Qasımov, Samira Allahverdi, Lalə Məmmədova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnar Rəhman öz duet ortaqları ilə iştirak ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm