“Verilişin ən xoşuma gələn yeri sağollaşmaqdır”
Bizi izləyin

Magazin1

“Verilişin ən xoşuma gələn yeri sağollaşmaqdır”

Bu fikri “Space” telekanalında yayımlanan “Əsl şou” verilişində aparıcı Novruz İsmayıl səsləndirib. Publika.az xəbər verir ki, teleaparıcı həmin fikri elə müəllifi olduğu veriliş haqqında deyib.

“Verilişi istədiyimiz kimi, qalmaqalsız, problemsiz, səhvsiz başa çatdırmışıqsa, bax, bu an sağollaşmaq mənə xoş gəlir. Bu səbəbdən verilişin sonunu bəyənirəm”.

Fikri düzgün anlaşılmayan aparıcının həmkarı Səidə Sultan isə ona irad tutub:

“Əgər sən belə düşünürsənsə, o zaman sən qabağa getməyəcəksən”.

Aparıcı həmkarını tənqid edən Səidə Sultan özünün bəyəndiyi məqamdan danışaraq enerjini qonağından aldığını bildirib:

“Əgər qonağım pozitivdirsə, ondan mənə müsbət enerji gəlirsə, bu, mənim üçün hər şeydən üstündür”.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Novruz İsmayıl və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm