“Humay” “Yuğ”un aktyoruna qismət oldu - FOTO
Bizi izləyin

Magazin1

“Humay” “Yuğ”un aktyoruna qismət oldu - FOTO

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının 25-ci təqdimat mərasimi keçirilib.

Publika.az-a bu barədə teatrın mətbuat əlaqələndiricisi Elçin Cəfərov məlumat verib.

1993-cü ildə təsis edilən mükafat “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir.

Bu dəfə teatr nominasiyasında “Kafkadan salam”(F.Kafka, quruluşçu rejissor Vaqif İbrahimoğlu) və “Fəna” (O.Fikrətoğlu, quruluşçu rejissor Mir Sahib Ağayev) tamaşalarında yaratdığı obrazlara görə Yuğ Dövlət Teatrının aktyoru Qasım Nağıyev “Humay” mükafatına layiq görülüb.

Qasım Nağı 1995-ci ildən Yuğ Teatrında çalışır.

Bu illər ərzində “Canımda can” “Otello” “Finiş”, “Serenada”, “Sən həmişə mənimləsən”, “Midasın qulaqları”, “Axırdan sonra”, “Fəna” və digər tamaşalarda oynayıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm